<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>60</hymn_number>
<title>Qəlbimi verdim Sənə İL60</title>
<lyrics>[V1]
 Qəlbimi verdim Sənə,ey Xilaskarım mənim,
 Sədaqətli Tanrımsan, ucalsın İsmin Sənin.
 Qəlbimin Padşahısan, Ağamsan, Rəbbim mənim,
 Sözün dilimdə əzbər, əbədi ilhamımsan.

[C1]
   Sevirəm Səni, Rəbbim, möhtacam hər sözünə,
   Hikmətini aç mənə, Sən öyrət məni, Rəbbim.

[V2]
 Sevinirəm Səninlə,yaşayıram Sözünlə,
 Qəlbimin hakimisən,öyünürəm İsminlə.
 Dilim nəğmələr deyər, ucaldıram mən Səni,
 Qəlbim hey coşub - daşar, «Səninəm Rəbbim» deyər.</lyrics>
</song>